Təbriz Həsənov Tərlan Əhmədovu yığmaya dəvət etdi
23.01.2012 - 16:08
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası yanvarın 26-dan 29-a qədər seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının məlumatına görə, Bakıdakı toplanışa dəvət olunan futbolçuların siyahısını açıqlanıb. Belə ki, baş məşqçi Təbriz Həsənov 24 futbolçuya dəvət göndərib. Bunlar Əli Həsənli, Ehtiram Şahverdiyev, Vəzir Musayev, Tərlan Əhmədov, Qismət Əliyev, Həsir Hümbətli, İbrahim Aslanlı, Məhəmməd Hüseynov, Mirəli Məmmədzadə (hamısı “Qəbələ”), Anar Babazadə, Fərid Əsədov, Hüseyn Xəlilzadə, İlyas Səfərzadə, Elnur Cəfərov (hamısı “Xəzər Lənkəran”), Emin Mirzəliyev, Budaq Nəsirov (hər ikisi “Turan”), Elnur Kərimov, Məhəmməd Məhəmmədov (hər ikisi “Rəvan”), Coşqun Behbudov, Əmrah Əliyev (hər ikisi AZAL), Novruz Qəhrəmanov (“MKT-Araz”), İntiqam Salmanov, Cavid Əsgərov (hər ikisi “Gəncə”), Ariz İsmayılovdur (“Vətən”).
Mənbə: affa.az
Mənbə: affa.az
0
0