Musa Süleymanov “Turan”dan imtina etdi
23.01.2012 - 16:24
“Biz az əvvəl Musa Süleymanovla görüşdük. O, artıq komandadan imtina etdiyini söylədi”. Bu sözləri apasport.az saytına “Turan” klubunun rəisi İman Həsənov məlumat verib.
12 Premyer Liqa klubundan 11-i hazırlığa başlasa da, hələlik “Turan” komandasından səs-soraq yoxdur. Hətta ötən ilin sonlarında fəaliyyətini dayandırdığını elan edən “Kəpəz”də intensiv məşqlərə başlayıb. Hətta Gəncə təmsilçisinin Antalyaya yollanacağı da açıqlanıb.
Amma Tovuz təmsilçisinin varlığı ilə yoxluğu bilinmir. Hər kəs isə klub prezidenti Musa Süleymanovun verəcəyi qərarı səbirsizliklə gözləyirdi. Bu gün komandanın kapitanı və rəisi ilə görüş keçirən Süleymanov maliyyə imkanının “Turan”a yardım etməyə imkan vermədiyini deyib: “Klub rəhbəri maliyyə ayıra bilmədiyini dedi. Deyib ki, kim istəyirsə, komandanı götürüb maliyyələşdirə bilər”.
Xatırladaq ki, bu, “Turan”da ilk belə hal deyil. Demək olar, hər fasilə zamanı Tovuz təmsilçisində analoji problemlər baş qaldırır. İndi komanda ona yardım edəcək şəxsin yolunu gözləyir.
Bir faktı da vurğulayaq ki, Rusiyada böyük biznes fəaliyyəti olan İlham Rəhimovun “Turan”a sahib çıxacağı barədə söz-söhbətlər yayılsa da, bu, əsassızdır.

0
0