AFFA Azərbaycan milli komandası üçün daha bir rəqib tapdı
23.01.2012 - 17:21
AFFA Azərbaycan milli komandası üçün daha bir rəqib tapdı
Azərbaycan milli komandasının yoldaşlıq oyunundakı daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri Andorra yığması ilə qarşılaşacaq. Komandalar mayın 30-da, Almaniyanın Frankfurt şəhərində qarşılaşacaqlar.

Qeyd edək ki, yığmamız fevralın 29-da Fələstinlə Dubayda (Birləşmiş Ərəb Əmirlikləri), iyunun 5-də Belarusla Minskdə görüşəcək.

Mənbə: affa.az