Ötən toplanışı qaytarardılar...
24.01.2012 - 00:01
2012-ci il Premyer Liqada çıxış edən paytaxt klubları üçün uğursuz başlayıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən Bakının 3 komandası yeni ildə qələbə həsrətindədir. Təmsilçilərimiz Əjdaha ilində keçirdiyi 6 beynəlxalq matçda hələ də qələbə qazana bilməyiblər.
Düzdür, bu tip yoxlama oyunlarında nəticə o qədər də vacib sayılmır. Lakin futbolçular özlərini göstərməyə borcludurlar. Üstəlik, qələbə əhval-ruhiyyəsi əldə etməyin də öz vacibliyi var. Yoxsa ki, heç kim meydana uduzmaq üçün çıxmır. Amma bakılılar Əjdaha ilində meydandan hələlik ya heç-heçə ilə, ya da məğlub ayrılır.
Son çempionumuz, indiki mövsümün lideri “Neftçi” 2 oyunda 1 heç-heçə edib. Qazaxıstan “Aktobe”si ilə heç-heçə (1:1) öncəsi “ağ-qaralar” Almaniyanın aşağı dəstə təmsilçisi Drezden “Dinamo”suna uduzmuşdular – 0:1.
İkinci pillədə qərarlaşan, ötən mövsümün kubokunun finalçısı “İnter” də 2 oyunda 1 heç-heçəyə sevinib. Almaniyanın digər aşağı dəstə təmsilçisi “Karlsrue”yə 1:3 hesabı ilə uduzan “bankirlər” Albaniya “Skenderbeu”su ilə bərabərə qalıb – 0:0.
Bakının eyniadlı daha bir iddialı komandası da Antalyada yaxşı əhval-ruhiyyə qazanmayıb. Futbolçularının özünü yaxşı tərəfdən göstərə bilmədiyi “zolaqlılar” hətta heç-heçəyə də həsrət qalıb, 2 darmadağına üzülüblər. Əvvəl Hollandiya “Alkmaar”ı qarşısında aciz qalan (1:5) komanda Almaniya aşağı dəstə təmsilçisi “İnqolştadt”la da bacarmayıb – 0:4.
Müqayisə üçün qeyd edək ki, bu 3 komanda ötən qış Antalyada 18 oyunda 11 qələbə qazanmışdı. 6 heç-heçəsi olan “üçlük”dən yalnız “İnter” 1 məğlubiyyət almışdı. Türkiyədən məğlubiyyətsiz qayıdan “Neftçi” 5 oyundan 4-də, “Bakı” 3-də qalib gəlmişdi. “İnter” isə 8 qarşılaşmada 4 dəfə sevinmişdi.

0
0