“Xəzər Lənkəran” rumıniyalı legioneri bəyənmədi
23.01.2012 - 18:10
“Xəzər Lənkəran” rumıniyalı legioneri bəyənmədi
Hazırda Antalyada hazırlıq prosesində olan “Xəzər Lənkəran” daha bir futbolçu ilə yolları ayırıb. Bu haqda apasport.az saytına açıqlamasında klubun rəisi Səməd Mustafayev məlumat verib.

O bildirib ki, baş məşqçi Cüneyt Biçər Ruminiya vətəndaşı olan Konstantin Arbanaşı komandadan göndərib. “O, bu gün, ya sabah “Xəzər Lənkəran”ın düşərgəsini tərk edəcək”.