“Xəzər Lənkəran” “Volfsburq”a da qalib gəldi - YENİLƏNİB
24.01.2012 - 19:45
Yanvarın 16-dan Antalyada təlim-məşq toplanışına başlayan “Xəzər Lənkəran” bu gün ikinci yoxlama matçına çıxıb. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın rəqibi Almaniyanın Şimal Regional Liqasında mübarizə aparan “Volfsburq II” komandası olub.
Oyun cənub təmsilçisinin məskunlaşdığı “Spice” otelinin meydançasında keçirilib. Bakı vaxtı ilə saat 18:00-da başlayan matç lənkəranlıların 2:1 hesablı qələbəsi ilə nəticələnib.
“Xəzər Lənkəran” (start heyəti): Kamal Bayramov, Elnur Allahverdiyev, Andrey Mureşan, Eder Bonfim, Elvin Mirzəyev, Rikardo Qomeş, Elman Talqayev, Akif Tağıyev, Alim Qurbanov, Fikrət Ulduzlu, Kamran Abdullazadə.
2-ci hissədə meydana daxil olanlar: Kamran Ağayev, Rahid Əmirquliyev, Elnur Abdullayev, Antonio Semedo, Branimir Subaşiç.
Oyunda hesab 60-cı dəqiqədə açılıb. Elnur Abdullayev almanların qapısına qol vurub. 2-ci hissənin ortasında Semedo meydanın ortasında baş hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Almanlar bundan az sonra künc zərbəsindən hesabı bərabərləşdirib. Ancaq lənkəranlılar çox keçməmiş bu qolun cavabını veriblər. Adrian Pitin sol cinahdan ötürdüyü topu Subaşiç dəqiq tamamlayıb.
Xatırladaq ki, Cüneyt Biçərin rəhbərlik etdiyi cənub təmsilçisi ilk yoxlama görüşündə Türkmənistan millisini 3:1 hesabı ilə məğlub etmişdi.

0
0