Ruslan Abışov: Biz qızıl dubl etməyə çalışırıq - MÜSAHİBƏ
24.01.2012 - 00:10
Azərbaycan millisinin və “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- “Neftçi” qış hazırlığını intensivləşdirib. Məşqlər, keçirilən yoxlama görüşü ilə bağlı hansı fikirdəsiniz?
- Artıq bir müddətdir hazırlığımızı davam etdiririk. Arada fasilə olmayacaq və tam sürətlə hazırlaşacağıq. Yoxlama görüşlərinin əsas məqsədi isə heyəti komplektləşdirməkdən ibarətdir. Belə oyunlarda nəticə ikinci planda olur. Amma “Neftçi” elə bir komandadır ki, hər oyundan qalib ayrılmaq istəyir.
- Komandada ümumi ab-hava necədir?
- Yaxşıdır. Hazırlıq oyunlarında səviyyəli rəqiblərlə görüşəcəyik. Çempionatda ciddi səhvlərə yol vermək istəmirik. Çünki əsas məqsəd bu il həm çempion olmaq, həm də kuboku qazanmaqdır. Qızıl dubl etməyə çalışırıq. Qarşıda beynəlxalq turnir var. Bunun bizə faydalı olacağını düşünürəm. Təkcə iştirak etməklə kifayətlənməyəcəyik, həm də yaxşı nəticə üçün oynayacağıq.
- Adətən Antalya toplanışlarını, yoxlama oyunlarını çox sayda menecer izləyir. Sizin məşqlərinizə necə, gəlib-gedən varmı?
- Əlbəttə, həmişə olduğu kimi yenə var. Amma onların barəmdə nə fikirləşmələri mənim üçün önəmli deyil. Çünki heç yerə getmək niyyətim yoxdur. Hal hazırda başqa klub haqqında düşünmək istəmirəm. Yayda hər şeyə aydınlıq gələcək. Əgər Allah icazə versə, Azərbaycandan çıxacağam.
- “Neftçi” heyətinə hələ də oyunçu cəlb etməyib. Necə düşünürsünüz, yeni futbolçulara ehtiyac yoxdur?
- Mənim işim məşq edib, oyunlara çıxmaq, komandaya töhfə verməkdir. Transfer işlərinə məşqçilər, klub rəhbərliyi baxır. Onlar nə məsləhət görsələr, elə də olacaq.
- Komandanız I dövrədə yaxşı oyun göstərərək fasiləyə lider kimi yollanıb. Bu fasilə sizə necə təsir edə bilər? Ümumiyyətlə, komanda bundan daha yaxşı oyun sərgiləməyə qadirdirmi?
- Mən də istəyirəm ki, oyundan-oyuna daha ağıllı və səviyyəli futbol sərgiləyək, azarkeşlərin ürəyinə yol tapaq. Amma bəzən çatışmayan şeylər meydana çıxır. Meydançanın vəziyyəti, bəzən isə biz futbolçuların görüşə tam köklənməməsi xoşagəlməyən halları üzə çıxarır.
- Yəni, istər-istəməz rəqiblərə nəzərən oyunlara köklənmə də dəyişir?
- Düzdür, bu yaxşı hal deyil. Çünki rəqibinə qiymət verməyəndə mütləq acısını çəkirsən. Odur ki, bütün bunların baş verməsinə göz yummamalıyıq. Oyunun içində olduğumdan, hadisənin iştirakçısına çevrildiyimdən, bunu daha yaxşı bilir və görürəm.
- Qarşıda həm yığma, həm klub səviyyəsində görüşlər olacaq. Bu oyunlara hazırsınız?
- Hazırda yalnız “Neftçi”nin qış hazırlığı barədə fikirləşirəm. Çünki qarşıda bizi məsul oyunlar gözləyir. “Neftçi” çempionluq üçün oynadığına görə, bütün xırda detalları nəzərə almalıdır. Hesab edirəm ki, həm yığmanın oyunları, həm də klubun iştirakı ilə keçirilən görüşlərdə bacarığımdan tam istifadə edə biləcəyəm.
- Son seçmə mərhələdə yığmada ən çox oyun keçirənlərdən biri idiniz. Qarşıdakı mərhələ üçün ən çox oyun keçirən olmaq istəyərsiniz?
- Bunu kim istəməz ki... Amma futbol kollektiv oyundur. Burada tək oyunçuya deyil, komandanın nəticəsinə qiymət verirlər.

0
0