Millimizin oyunçusu “yatıb”, komandası sevinir
24.01.2012 - 09:53
Millimizin oyunçusu “yatıb”, komandası sevinir
Futzal üzrə Ukrayna çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Serjaonun çıxış etdiyi “Uraqan” “Lokomotiv”lə qarşılaşıb. Son Ukrayna çempionu bu qarşılaşmada 6:3 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra xal hesabını 26-ya çatdıran İvano-Frankovsk təmsilçisi 14 matçdan sonra 3-cü pillədə qərarlaşıb. Vurduğu 11 qolla bombardirlər yarışında 2-ci olan milliləşən futzalçımız bu qarşılaşmada qol vura bilməyib. Onun “yatması” liderlə fərqinin 8-ə çatmasına səbəb olub.

Qeyd edək ki, “Uraqan”dakı digər təmsilçimiz Biro Jade zədə üzündən neçə vaxtdır meydanlardan kənar qalıb.