Nasimovla Ronaldo arasında fərq
24.01.2012 - 10:19
Nasimovla Ronaldo arasında fərq
İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo “Qızıl buts” uğrunda mübarizədə zirvəyə şərik olub. Apasport.az saytının məlumatına görə, Primerada vurduğu qolların sayını 23-ə çatdıran portuqaliyalı Avropanın ən məhsuldar oyunçusu adını qazanmağa yaxındır.

Artıq Estoniya çempionatında çıxış edən Aleksandr Çekulayevə çatan Ronaldo ardıcıl 2-ci dəfə “Qızıl buts”u qazana bilər. Ötən mövsüm 34 oyuna 40 qol vuran portuqaliyalı “Barselona”dakı rəqibi Lionel Messini qabaqlamışdı. Elə indi də Ronaldonun əsas r
rəqibi ondan 1 qol geri qalan Messidir. Çünki Çekulayevin oynadığı Estoniyada artıq mövsüm bitib.

Qeyd edək ki, mayın sonunda başa çatacaq “Qızıl buts” uğrunda mübarizədə Azərbaycan Premyer Liqasının bombardiri Bahodir Nasimov da var. Lakin özbəkistanlı hücumçu 11 qolla liderdən çox uzaqdır. Hazırda o, Ronaldoya çatmaq üçün 35 qol vurmalıdır.

1-2. Aleksandr Çekulayev (“Trans”, Estoniya) – 46 (46x1)
Kriştianu Ronaldo (“Real”, İspaniya) – 46 (23x2)
3. Lionel Messi (“Barselona”, İspaniya) – 44 (22x2)
4. Robin van Persi (“Arsenal”, İngiltərə) – 38 (19x2)
5. Seydu Dumbia (MOİK, Rusiya) – 36 (24x1.5)
...Bahodir Nasimov (“Neftçi”, Azərbaycan) – 11 (11x1)