Daha bir meydan sahibindən uğurlu start
24.01.2012 - 10:32
Daha bir meydan sahibindən uğurlu start
Afrika Millətlər Kubokunda ilk turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin budəfəki təşkilatçıları olan uğurla start götürüblər. Ekvatorial Qvineyanın ardınca Qabon da qələbə ilə başlayıb. Tunis yığması isə Mərakeş millisinin qənimi olduğu göstərib. Belə ki, bu komandaların son 5 görüşündə heç-heçə qeydə alınmış, 2-də isə tunislilər qalib gəlmişdi. Mərakeş yığması bu dəfə də meydanı məğlub tərk edib.

C qrupu
Qabon – Niger – 2:0
Qollar: Obameyanq, 31, N’Quema, 45

Mərakeş – Tunis – 1:2
Qollar: Xarca, 86 - Xalifa, 34, Msakni, 75