Son 25 ildə Azərbaycandan futbol hakimi çıxmayıb
24.01.2012 - 10:59
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 25 illiyin ən yaxşı hakimlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum 1987-ci ildən başlayaraq hər il keçirdiyi sorğuların nəticələrinin yekununu tərtib edib.
Siyahıya 191 xalı olan italiyalı Pyerluici Kollina başçılıq edir.O, almaniyalı Markus Merkdən cəmi 7 xal öndədir. Danimarkalı Kim Milton Nilsen isə 159 xalla 3-cü pillədə qərarlaşıb.
Ümumilikdə dünyanın 151 ədalət təmsilçisinin yer aldığı cədvəldə Azərbaycan hakimlərindən heç kim düşməyib. Hərçənd Qvatemala, Suriya, Küveyt kimi ölkələr də İFFHS-in siyahısında yer alıb.

0
0