Azərbaycan çempionunun qardaşı İtaliyada mükafata layiq görüldü - FOTO
24.01.2012 - 11:19
İtaliya A seriyasında ötən ilin ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Milan” və İsveç yığma komandasının hücumçusu Zlatan İbrahimoviç futbolçular, məşqçilər, hakimlər, jurnalistlər arasında keçirilən sorğunun qalibi olub. 2-ci və 3-cü yerlərin sahibləri kimi mükafatları alan digər hücumçular – uruqvaylı Edison Kavani (“Napoli”) və Antonio Di Natale (“Udineze”) olub.
İngiltərə yığma komandasının italiyalı baş məşqçisi Fabio Kapello vətənində mətbuatın xüsusi mükafatına layiq görülüb. “Udineze” 2011-ci ilin ən yaxşı komandası seçilib, “Yuventus”un hücumçusu Alessandro Del Pyero və İtaliya yığmasının sabiq kapitanı Fabio Kannavaro futbola sadiqliklərinə görə mükafat alıblar.
Qeyd edək ki, Kavani “İnter” ilə “Neftçi”nin sabiq hücumçusu, birincilərin heyətində Azərbaycan çempionu və Premyer Liqamızın bombardiri olan Valter Quqlemonun kiçik qardaşıdır.

0
0