İtaliya kubokunun “Yuventus”– “Roma” matçı təkli olaraq “Topaz”da!
24.01.2012 - 12:45
İtaliya kubokunun “Yuventus”– “Roma” matçı təkli olaraq “Topaz”da!
Bu gün “Topaz” öz müştərilərinə 49 oyun təklif edir. Apasport.az saytının məlumatına görə, bunlar arasında futbol üzrə 28 ekspress və 1 təkli, basketbol üzrə 11 və hokkey üzrə 9 ekspress oyun yer alıb.

Futbol proqramı əsasən, Avropa ölkələrinin milli kuboklarına və İngiltərənin 1-ci və 2-ci liqalarına həsr edilib. Təkli oyun İtaliya kubokunun “Yuventus” - “Roma” derbisidir.

Basketbol proqramı isə Avropa Basketbol Kubokuna və Amerika Basketbol Liqasına həsr edilib. Əlavə olaraq, “Topaz”da Kontinental Xokkey Liqasının azarkeşləri üçün 9 matç açılıb.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.