Qara Qarayev “Qarabağ”ın düşərgəsini tərk etdi
24.01.2012 - 12:44
Antalyada hazırlıqlarını davam etdirən “Qarabağ” itki ilə üzləşib. Apasport.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, dizində ağrılar olan Qara Qarayev artıq komandanın düşərgəsini tərk edib. Həkim müayinəsindən sonra 19 yaşlı müdafiəçinin durumunun ciddi olduğu müəyyənləşib.
Əməliyyata ehtiyac duyulduğundan Qara artıq İstanbula yollanıb. Adı çəkilən şəhərdə əməliiyat olunduqdan sonra bərpa prosesi keçəcək Qaranın təxminən 6 həftə yaşıl sahələrdən uzaq qalacağı gözlənilir.

0
0