Rəqibimizdən rəqibə dəstək
24.01.2012 - 13:02
Rəqibimizdən rəqibə dəstək
“Futzal üzrə Portuqaliya milli komandasına uğurlar arzulamağa gəlmişəm. Onlara Avro-2012-nin final mərhələsində uğurlar arzulayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu deyib.

Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan pireneylilərin çalışdırıcısı futzal millisinin düşərgəsinə baş çəkib. O, futzal üzrə Avro-2012-nin final mərhələsində rəqibimiz olan həmyerlilərinə dəstək olduğunu bildirib: “Millidə hər şeyin yaxşı olduğuna ümid edirəm. Komandanın seçmə mərhələdəki oyunlarını izləmək imkanım da olub və yığmanın Avro-2012-də uğurlu çıxışını gözləyirəm”.

Qeyd edək ki, futzal üzrə Avro-2012-nin final mərhələsində Azərbaycan, Portuqaliya və Serbiya yığmaları eyni qrupda yer alıb.