Yozef Blatter: Əgər bütün ölkələr Azərbaycan kimi çalışsalar....
24.01.2012 - 15:10
“Bu çempionata hazırlıqla bağlı görülən işlərdən çox razıyıq. Hazırlıq prosesinin gedişatı FİFA-nı tam qane edir. Mən buna əvvəldən də əmin idim. Çünki Azərbaycanda idmanın, o cümlədən futbolun inkişafı ilə bağlı görülən işlər buna geniş zəmin yaradır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri FİFA prezidenti Yozef Blatter deyib. Rusiya futbolunun 100 illik yubiley tədbirində iştirak etmək üçün bu ölkəyə gələn Blatter orada AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Bundan sonra AFFA-nın rəsmi saytına müsahibə verən dünya futbol qurumunun başçısı Azərbaycanda ilk dəfə keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatına hazırlıqla bağlı görülən işləri qiymətləndirib: “Əgər dünya çempionatlarına ev sahibliyi etmək istəyən bütün ölkələr belə çalışsalar, o zaman təşkilati işlərlə bağlı heç bir problemlə qarşılaşmarıq. AFFA-nın 17 yaşadək qadınlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı təqdim etdiyi sosial və mədəni layihələr bizi həddindən artıq sevindirir. Bununla yanaşı, çempionatda iştirak edəcək bütün futbolçuların valideynlərinin, həmin ölkələrin oğlanlardan və qızlardan ibarət digər yaş qruplarına aid komandalarının AFFA tərəfindən Azərbaycana dəvət edilməsi çempionata xüsusi rəng qatacaq, turnirin daha da maraqlı keçməsinə səbəb olacaq. Bu və digər ideyalarınız bizi sevindirir. Belə gözəl və inanılmaz layihələri görmək üçün çempionatın başlanmasını səbirsizliklə gözləyirik. Çünki bu regionda və belə mədəni tədbirlər çərçivəsində 17 yaşadək qadınlar arasında dünya çempionatını keçirmək bütün dünyada qadın futbolunun inkişafına böyük təkan verəcək. Bu işə böyük dəstək verdiyinə görə dövlət başçınıza və AFFA-nın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. FİFA bu çempionatın keçirilməsinin Azərbaycana həvalə edilməsindən məmnundur. Üzümü azarkeşlərə tutub deyirəm ki, Azərbaycanda qadın futbolunun inkişafına dəstək verin. Belə olan halda, kişi futbolu da inkişaf edəcək, çünki bu, onlar üçün böyük bir çağırış olacaq”.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunub. Buna FİFA prezidentinin münasibəti öyrənilib: “Dövlətinizin başçısı İlham Əliyevlə bizim dostluq əlaqələrimiz var və onun idmanın inkişafı naminə necə böyük səylə çalışdığını yaxşı bilirəm. Azərbaycanda dünya çempionatının keçiriləcəyi ilin “İdman ili” elan olunması onu göstərir ki, ölkəniz bu mötəbər turnirə həqiqətən də böyük önəm verir. Onu da qeyd edim ki, bu qərardan təkcə futbol deyil, digər idman növləri də yetərincə faydalana biləcək. Bu isə ümumi mənada xalqın xeyrinədir. Çünki idman da mədəniyyətin bir növüdür. Buna görə də sizi xoşbəxt xalq hesab edirəm. Hər birinizə uğurlar arzulayıram. Bu ilin sentyabr ayında görüşənədək”.
Qeyd edək ki, Blatter ölkəmizdə sentyabrın 22-də startı veriləcək 17 yaşadək qadınlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin açılışına gələcək.

0
0