“Sumqayıt”ın baxışa çağırdığı legioner: Bu “prelüdiya” idi
24.01.2012 - 16:09
Azərbaycan milli komandasına (U-21) baxışa gəldiyi haqda məlumat yayılan Rusiyanın “Daqdizel” klubunun qapıçısı Abdulla Hacıkadiyevin ölkəmizə səfərinin təfərrüatı məlum olub. Apasport.az saytının məlumatına görə, qolkiper yığmada deyil, “Sumqayıt” klubunda sınandığını açıqlayıb.
O, bildirib ki, komandaya milliyə çağırılmaq perspektivi ilə çağırılıbmış: “Məni hələ ötən il 2 dəfə ora çağırmışdılar. Lakin hər dəfə çempionat oyunlarımızla üst-üstə düşdüyündən Azərbaycana gedə bilmirdim. Nəhayət ki, belə imkan yarandı. Baxışda olmağım qeyri-formal bir şey idi. Mən “Sumqayıt” klubunda baxışda idim ki, orada qapıçılarla işləyən məşqçi Etibar Tarıverdiyevdir. O, həm də əsas və gənclər yığmasında da bu işi görür. Onun rəhbərliyi altında 4 gün məşq etdim. Orada qapıçı həmkarlarımdan biri əsas yığmanın 2-ci qapıçısı Andrey Popoviçdir”.
Hacıkadiyev Tarıverdiyevin iş metoduna da toxunub: “Mən ora kifayət qədər məşq etməmiş, 2 aylıq məzuniyyətdən sonra yollanmışdım. Lakin mənə güzəşt olunmur, digərləri kimi yükləyirdilər. Hərçənd onların belə uzun fasiləsi olmayıb. Məsələn trenajor zalında gündə 1,5 saat məşq keçirdim. Lakin bu hələ “prelüdiya” idi. Tarıverdiyev hiss etdirdi ki, mənim uzun müddət məşq etməməyimi nəzərə alır. O. Dedi ki, mənim kimi digər namizədi də yoxladıqdan sonra aramızda seçim ediləcək”.
Qeyd edək ki, “Anji”nin “Daqdizel”ə icarəyə verdiyi qapıçının klubundakı indiki baş məşqçisi Azərbaycan milli komandasının sabiq üzvü Emin Ağayevdir.

0
0