“Mübariz Mənsimovla anlaşmamız olmuşdu”
24.01.2012 - 20:08
“Mübariz Mənsimovla anlaşmamız olmuşdu”
“Xəzər Lənkəran” futbol klubu Moldova millisinin hazırkı baş məşqçisi İon Karasdan imtina edib. Bu haqda Lent.az-a 61 yaşlı mütəxəssisin özü məlumat verib.

O bildirib ki, 2010-cu ilin yayında Lənkəran təmsilçisinə baş məşqçi təyin olunan Mirça Rednikin köməkçisi olmalı imiş: “Mən həm rumınca, həm də rusca bilirəm. Ona görə də Rednikə tərcüməçi və təcrübəli mütəxəssis kimi yardımçı olmalı idim. Hətta bu barədə klubun sahibi Mübariz Mənsimovla anlaşmamız da olmuşdu”.

Lakin Karas ilkin anlaşmadan təqribən on gün sonra bu təyinatın baş tutmayacağını öyrənib. Həm də imtina ideyası elə Rednikin özündən gəlib: “Əlbəttə, mən buna çox təəssüfləndim. Çünki “Xəzər Lənkəran”da çalışmaq istəyirdim”.