“Xəzər Lənkəran”ın düşərgəsinə daha 3 legioner gəldi
25.01.2012 - 00:02
“Xəzər Lənkəran”ın düşərgəsinə daha 3 legioner gəldi
Antalyada hazırlıq keçən “Xəzər Lənkəran” klubunun düşərgəsinə daha 3 futbolçu qatılıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisinin Malidən transfer etdiyi oyunçular artıq “ağ-yaşıllar”ın məskunlaşdığı “Spice” otelinə gəliblər.

Həmin legionerlərdən biri 23 yaşlı yarımmüdafiəçi Salif Ballodur. Malili futbolçunun son iş yeri ölkəsinin “Real Bamako” klubu olub.

Digər oyunçu isə 21 yaşlı forvard Siriman Maqassoubadır. Bu futbolçu da “Real Bamako”dan gəlib. Üçüncü legoner isə Tounkara Sadiodur.