“Sumqayıt”dan ardıcıl ikinci məğlubiyyət
25.01.2012 - 09:40
“Sumqayıt”dan ardıcıl ikinci məğlubiyyət
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” qonşu ölkədə üçüncü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bernhrd Raabın yetirmələri Rusiya 1-ci divizion təmsilçisi “Fakel”lə üz-üzə gəlib. Sumqayıtlılar qarşılaşmada 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti oyununda II Bundesliqa təmsilçisi “Paterborn”a məğlub olmuşdu - 0:4.