“Xəzər Lənkəran”la oyunda nəticə belə olmamalı idi”
25.01.2012 - 10:56
“Xəzər Lənkəran”a uduzmaq elə məğlubiyyət idi ki, onun səbəbini heç kim izah edə bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Volfsburq-2” komandasının baş məşqçisi Lorens-Günter Kostner deyib.
Şimal Regionalliqasında çıxış edən klubun çalışdırıcısı “Xəzər Lənkəran”la Türkiyənin Antalya şəhərindəki yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “Qarşılaşma ərzində o qədər qol imkanımız oldu ki. Amma heç birindən yararlana bilmədik. Qaçırılan imkanlara baxmayaraq komandamdan razı qaldım. Xüsusilə ilk yarıda yaxşı oynadıq. Buna görə də nəticə belə olmamalı idi”.
Qeyd edək ki, “Xəzər Lənkəran” almaniyalılara 2:1 hesabı ilə qalib gəlib.

0
0