Son 25 ilin ən yaxşı qapıçıları müəyyənləşdi
25.01.2012 - 12:07
Son 25 ilin ən yaxşı qapıçıları müəyyənləşdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 25 illiyin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum 1987-ci ildən başlayaraq hər il keçirdiyi sorğuların nəticələrinin yekununu tərtib edib.

Siyahıya 226 xalı olan italiyalı Canluici Buffon başçılıq edir. O, ispaniyalı İker Kasilyası 13, hollandiyalı Edvin van der Sarı 25 xal qabaqlayır. Ümumilikdə dünyanın 143 qapıçısının yer aldığı cədvəldə Azərbaycan təmsilçilərindən heç kim düşməyib.