“Xəzər Lənkəran” Türkiyədə məkanını dəyişdi
25.01.2012 - 11:54
“Xəzər Lənkəran” Türkiyədə məkanını dəyişdi
“Xəzər Lənkəran” Türkiyədəki məkanını dəyişib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi yanvarın 16-dan Bələk bölgəsində qaldığı beş ulduzlu “Spise Hotel @ Spa” otelini bu gün səhər saatlarında tərk edib. Komanda oradan “Gloriya Golf” otelinə köçüb. Lənkəranlılar ötən ilin qış fasiləsində də məhz bu məkanda təlim-məşq toplanışı keçmişdi. Hazırda isə orada “Qəbələ” klubu da məskunlaşıb.