“Sumqayıt”ın ilk hissədə qapımıza bir zərbə vurmamağı diqqətçəkən faktdır”
25.01.2012 - 12:48
“Sumqayıt”la oyunun ilk hissəsində komandamızın oyunu yaxşı alındı. Prinsipcə, bu, əvvəlki oyunlarda da belə idi. Futbolçularımız yaxşı oynayır, çalışır. Hərçənd səhvsiz də olmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Fakel” klubunun baş məşqçisi Konstantin Sarsaniya deyib. Antalyada təlim-məşq toplanışında olan I divizion təmsilçisi Premyer Liqamızın autsayderi “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.
Sarsaniya həm öz futbolçularına, həm də komandamıza qiymət verib. Onun fikrincə, Voronej təmsilçisi daha çox qol vurmalı imiş: “İlk hissədə qapımıza bir zərbənin vurulmamağı diqqətçəkən faktdır. Hərçənd deyə bilmərəm ki, bizə qarşı zəif komanda oynayırdı. Rəqib məzmunlu futbol oynamağa çalışır və özündən yaxşı təsir saxladı. Ancaq futbolçularımız fasiləyə kimi layiqli hərəkət etdilər, rəqibə heç bir imkan vermədi və qapıçımız ilk 45 dəqiqədə işsiz qaldı. Biz isə çox imkan yaratdıq, daha 3-4 qol vurmalı idik. Yalnız Saşa Abroskin debütdə 3 top vura bilərdi. Mən şadam ki, o, sonda nəhayət, qol vura bildi. Axı Saşanın hər oyunda qol imkanları olur”.
Sarsaniyanın fikrincə, fasilədən sonra işləri daha çətin olub. Ümumilikdə, matçın nəticəsini özləri üçün müsbət hesab edən rusiyalı mütəxəssis yetirmələrindən razı qaldığını bildirib: “İkinci hissədə həm biz, həm də rəqib heyətini dəyişdi. Oyun daha çətin olmağa başladı. Hələ ki, əsas heyətə layiqli əvəzləyicimiz yoxdur. Nəticədə üstünlüyü əldən verdik, bərabər oyun getməyə başladı. Hətta bu zamanı qol vəziyyətləri yarada bildik. Ancaq fikrimcə, hər 2 halda hakim səhv etdi. Əvvəlcə Şişelovu cərimə meydanında yıxdılar, ancaq ayda pozuntusu qeydə alınmadı. Ardınca Pronkin “Sumqayıt”ın qapıçısı ilə təkbətək çıxdı, burada isə hakim ofsayd qeydə aldı”.

0
0