Ruslar “Xəzər Lənkəran”ı Sumqayıta “köçürdü”
25.01.2012 - 13:19
Rusiyanın “Fakel” klubu Azərbaycan Premyer Liqasının təmsilçiləri – “Sumqayıt”la “Xəzər Lənkəran”ı səhv salıb. Apasport.az saytının məlumatına görə, Voronej komandası Antalyadakı hazırlıq prosesində 1:0 hesabı ilə qalib gəldiyi yoxlama oyununda cənub təmsilçisi ilə görüşdüklərini zənn edirmiş. Maraqlıdır ki, ruslar rəqibin “Xəzər Lənkəran” yox, sumqayıtlılar olduğunu yalnız oyundan sonra başa düşüblər. Özü də bu, dərhal olmayıb.
Bununla əlaqədar “Fakel”in rəsmi saytında diqqətimizi çəkən yanlışlıq yer alıb: “Azərbaycan şəhəri Sumqayıt bu ölkənin Premyer Liqasında birdən-birə 2 komanda ilə təmsil olunub. “Fakel”in məşqçilər ştabı son ana kimi bu turnirdə 3-cü yerdə gedən “Xəzər”lə oynayacağına əmin idi. Yalnız oyundan sonra aydın oldu ki, voronejlilər Premyer Liqasında 11-ci yerdə gedən “Sumqayıt”la görüşüb. Maraqlıdır ki, “Sumqayıt”ın heyətində milli komandanın 4 futbolçusu və gənclər yığmasına bir qrup namizədlər çıxış edir”.
Məlum olur ki, “Fakel” “Xəzər Lənkəran”ın adından da göründüyü kimi, Lənkəranı yox, nədənsə Sumqayıtı təmsil etdiyini zənn edib. Voronej təmsilçisi hələ bir müddət öncə “İnter”, yaxud “Xəzər Lənkəran”la oynayacağını açıqlamışdı. “Fakel” daha güclü rəqiblə oynamaq istəsə də, əslində “Sumqayıt” kimi öz çempionatında sondan əvvəlki yerdə gedir. Daha bir diqqəti çəkən məqam odur ki, I divizion təmsilçisinin “Sumqayıt”la matçda qapısını lənkəranlılara yaxşı tanış olan Emilian Dolha qoruyub. Ötən mövsümlərarası fasilədə “Xəzər Lənkəran”a baxışa gələn, keçidi gündəmdə olan rumın qapıçı son anda razılığa gələ bilməyərək, gedəsi oldu və az sonra “Fakel”ə keçdi.

0
0