“Qarabağ”dan ardıcıl 2-ci məğlubiyyət - YENİLƏNİB
25.01.2012 - 19:04
Antalyada hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün ikinci yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avstriyanın “Rid” komandası ilə güclərini yoxlayıblar.
Antalyada leysan yağışı yağması səbəbindən qarşılaşmanın təxirə salınmaq ehtimalı olsa da, görüş baş tutub. Bakı vaxtı ilə saat 17:15-də start götürən oyunda “Qarabağ”ın bu dəfə də uduzub.
Düzdür, Ağdam təmsilçisi fasiləyə öndə yollanıb. Lakin ikinci hissədə 3 qol vuran “Rid” futbolçuları yekunda 3:1 hesablı qələbəyə sevinib.
“Qarabağ” - “Rid” - 1:3
Rauf Əliyev, 7
Matç başlandı. Oyunu azərbaycanlı Orxan Məmmədovun başçılıq etiyi hakimlər briqadası idarə edir.
1-ci dəq. Oyuna “Qarabağ” başladı
2-ci dəq. Meydanın mərkəzini ələ keçirmək uğrunda mübarizə gedir
3-cü dəq. Əfran yandan təhlükə yaratmaq istəsə də, oyundan kənar vəziyyətə düşür
6-cı dəq. “Rid”in hücumları getdikcə daha təhlükəli olmağa başlayır. İlk künc zərbəsini də onlar yerinə yetirdilər
7-ci dəq. QOOOL. “Qarabağ”ın ilk təhküləli hücumu qolla nəticələndi. Əfranın asmasını Rauf mükəmməl baş zərbəsi ilə qapıdan keçirdi.
11-ci dəq. Adamiyanın ara ötürməsindən sonra Rauf rəqibin 2 oyunçusunu arxada qoysa da, hücumun qarşısı alındı
15-ci dəq. Komandamız meydanın mərkəzində top saxlayaraq rəqibi topsuz yormağa çalışır
19-cu dəq. Oyunun tempi ilk dəqiqələrlə müqayisədə aşağı düşüb
24-cüi dəq. Əfran fəallığı ilə seçilir
25-ci dəq. Ansinin yandan asmasından sonra Adamiyanın zərbəsi qapıçıda qalır
27-ci dəq. Rəqib istər mərkəzdən, istərsə də yanlardan hücuma cəhd etsə də müdafiəmiz soyuqqanlı bütün həmlələri dəf edir
28-ci dəq. Rəşad – Adamiya paslaşmasından sonra Adamiya qapıçı ilə təkbəbək qalsa da, ötürməsi dəqiq alınmadı
Ardında Əfranın, 1 dəqiqə sonra isə Əfranın asmasından sonra Raufun zərbəsində azacıq dəqiqlik çatışmadı
32-ci dəq. “Rid”in oyun boyu ilk ciddi hücumunun qarşısını Boyan dəf edə bildi
37-ci dəq. Künc zərbəmiz kəsərsiz alınsa da, ardından qazanılmış cərimə zərbəsində Teli və Rauf bir-birinə mane oldular.
42-ci dəq. Rid hesabı bərabərləşdirmək istəsə də, müdafiəçilərimiz topun qapımıza yaxınlaşmasına mane ola bilirlər
43-cü dəq. Adamiyaya qarşı kobudluğa görə rəqibin yarımmüdafiəçisi sarı vərəqə ilə cəzalandırıldı
45-ci dəq. İlk hissə başa çatdı
48-ci dəq. “Rid” ərazi üstülüyünü ələ keçirməyə çalışsa da, hələlik oyun bərabər səviyyədə gedir
50-ci dəq. Avstriaylılar cərimə zərbəsindən sonra başla hesabı bərabərləşdirirlər - 1:1
52-ci dəq. Əfran və Vaqiflə ardıcıl 2 hücum nəticə vermir
55-ci dəq. Komandamız ərazi üstünlüyünü ələ keçirməyə çalışır
58-ci dəq. Temp bir qədər aşağı düşüb
60-cı dəq. 1 saat geridə qaldı, hesab 1:1-dir
62-ci dəq. “Qarabağ”da 3 dəyişiklik: Zaur, Rəşad və Əfranın yerinə Eltun, Tural və Vüqar meydana daxil olurlar
64-cü dəq. Namiqin yerinə Toğrul Bilallı oyuna daxil olur
65-ci dəq. İlqarın sağ cinahdan sərt asmasına son qoyan olmur
66-cı dəq. Vüqarın asması zamanı Bəxtiyarın baş zərbəsi dəqiq olmur
68-ci dəq. Künc zərbəsindən sonra “Rid” hesabı öz xeyrinə dəyişir - 2:1
71-ci dəq. Rekişin zərbəsi müdafiəçilərdən dönür
74-cü dəq. “Rid” 3-cü dəfə fərqlənir
80-cı dəq. Son 10 dəqiqə gedir.
82-ci dəq. İlqarın asması qapıçıda qalır
84-cü dəq. Rekişin zərbəsi qapının üstündən keçir
86-cı dəq. Vaqifin cərimə zərbəsini qolkiper dəf edir
88-ci dəq. Vaqif bu dəfə 2 müdafiəçini keçib qapıya zərbə endirsə də zərbəsi qapıdan aralı keçir
90-cı dəq. Oyun başa çatdı
“Qarabağ” (start heyəti): Boyan, Teli, Zaur, Maksim, Ansi, Namiq, İgor, Rəşad S., Əfran, Adamiya, Rauf.
İkinci hissədə meydana daxil olanlar: Fərhad, Kamil, Zaur, Emin, İlqar, Namiq, Rekiş, Bəxtiyar, Sadiqov, Vaqif, Əfran.
Qeyd edək ki, “Qarabağ” ilk matçında Qazaxıstanın “Taraz” klubuna 0:1 hesabı ilə uduzmuşdu.

0
0