Azərbaycan yığması “ölüm qrupu”nda
25.01.2012 - 13:40
İtaliya milli komandasının baş məşqçisi Roberto Meniçelli futzal üzrə Avro-2012-nin final mərhələsi ərəfəsində UEFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, apenninli mütəxəssis düşdükləri qrupu nisbətən münasib sayır. Meniçelli müqayisə üçün Azərbaycan yığmasının yer aldığı qrup haqda da fikirlərini açıqlamağı lazım bilib: “1/4 finalda qarşılaşacağımız rəqib “ölüm qrupu”ndan olacaq. Həmin qrupda Azərbaycan, Portuqaliya və Serbiya mübarizə aparır. Orada mübarizə çox gərgin olacaq”.
0
0