“Qəbələ” yenə qələbə qazana bilmədi – YENİLƏNİB
25.01.2012 - 19:09
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” 5-ci hazırlıq gününü 2 məşqlə arxada qoyub. Apasport.az saytının məlumatına görə, məşqlərdə zədədən sonra bərpa prosesi keçirən millimizin müdafiəçisi Vurğun Hüseynovdan başqa bütün futbolçular iştirak ediblər.
Bu gün isə “Qəbələ” Antalyada ikinci yoxlama oyununa çıxıb. Ukrayna Premyer Liqasının təmsilçisi “Krivbass”la görüş komandamız üçün uğursuz alınıb. Belə ki, 70-ci dəqiqdə məğlub duruma düşən Fatih Kavlakın yetirmələri 5 dəqiqə sonra hesabı bərabərləşdirsələr də, rəqib yenidən qələbə topunu vurmağa müvəffəq olub – 2:1.
“Qəbələ” - “Krivbass” - 1:2
İsayev, 75
“Qəbələ” (start heyəti): Pavel Doroşev, Saşa Yunisoğlu, Daniel Kruz, Lyubo Baranin, Mahir Şükürov, Bruno da Silva, Veselko Trivunoviç, Deon Burton, Luis Hilario Dodo, Viktor Mendi, Yannik Kamanan.
Qeyd edək ki, “Qəbələ” ilk yoxlama matçında Qazaxıstanın “Atırau” klubuna 1:2 hesabı ilə uduzub.

0
0