“İnter”dən çətin qələbə - YENİLƏNİB
25.01.2012 - 20:03
Bu gün “İnter” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 3-cü yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” hazırlıq keçdikləri ölkənin aşağı divizionunda çıxış edən “Konya Şəkərspor”la oynayıblar.
Bununla da bakılılar ardıcıl 2-ci sınaq matçında rəqibini dəyişdirib. Bundan öncə Albaniyanın “Bilis” klubunu bu ölkənin digər təmsilçisi “Kenderbeu”ya dəyişən və onunla qolsuz bərabərliyə qalan “İnter” bu dəfə Qazaxıstanın “Atırau” klubu ilə qüvvəsini sınamaq istəməyib. Onların üstünlük verdiyi Konya təmsilçisi ilə matç isə Kaxaber Sxadadzenin yetirmələrinin çətin qələbəsi ilə yekunlaşıb.
Belə ki, oyunda hesabı yerli komanda açıb. Lakin “İnter” rəqibi sevinməsinə peşman edib. Branislav Çervenka və Girts Karlsonsun qollarından sonra çətin vəziyyətə düşən “Konya Şəkərspor”un futbolçusu üçüncü topu öz qapılarından keçirib – 3:1.
Matçın başa çatmasına 20 dəqiqə qalmış isə türklər hesab arasındakı fərqi azaltsalar da, onların bundan artığına gücü çatmayıb və “İnter” Türkiyədə keçirdiyi 3-cü yoxlama matçında ilk qələbəsini qazanıb.
“İnter” - “Konya Şəkərspor” - 3:2
Çervenka, 40; Karlsons, 47; avtoqol, 53
Qeyd edək ki, paytaxt təmsilçisi Antalyada ilk yoxlama oyununda Almaniyanın II Bundesliqa təmsilçisi “Karlsrue”yə 1:3 hesabı ilə uduzub.

0
0