Qvineya yığması Azərbaycana gəlməkdən imtina etdi
25.01.2012 - 15:38
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının seçmə mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, yarışda iştirak etməli olan daha bir milli komanda mübarizədən imtina edib. Belə ki, Qvineya yığması Azərbaycana vəsiqə uğrunda mübarizəni meydana çıxmadan dayandırmağa qərar verib. I seçmə mərhələdə Tunis millisi ilə 2 dəfə görüşməli olan qvineyalılar bundan boyun qaçırmaqla mundialdan imtina ediblər.
Qeyd edək ki, Qvineya püşkatmaya qatılan, lakin sonradan oynamaqdan imtina edən ikinci Afrika ölkəsidir. Bunadək təsnifat mərhələsində oynamalı olan Mozambik də eyni addımı atmışdı.
Qeyd edək ki, Qvineya püşkatmaya qatılan, lakin sonradan oynamaqdan imtina edən ikinci Afrika ölkəsidir. Bunadək təsnifat mərhələsində oynamalı olan Mozambik də eyni addımı atmışdı.
0
0