“Simurq”: Birində oyun günü, digərində rəqib dəyişdi
25.01.2012 - 16:01
“Simurq”: Birində oyun günü, digərində rəqib dəyişdi
“Simurq”un Antalyadakı hazırlıq prosesində 2-ci yoxlama oyununun vaxtı dəyişdirilib. Bu haqda apasport.az saytına klubun icraçı-direktoru Vaqif Əliyev deyib. O, Gürcüstan çempionu olan Kutaisi “Torpedo”su ilə bu gün keçirilməli olan matçın baş tutmayacağını bildirib: “Həmin oyun sabaha keçirildi. Kutaisi klubu bunu istədi və qarşılıqlı razılıqla sabah oynamağa qərar verdik. Matç Bakı vaxtilə saat 16:00-da başlayacaq”.

Zaqatalalılar qardaş ölkədə təlim-məşq toplanışını Almaniya təmsilçisi ilə yoxlama matçı ilə başa vuracaq. İcraçı-direktor həmin oyunda isə rəqibin dəyişdiyini bildirib: “Biz Drezden “Dinamo”su ilə oynamağı nəzərdə tutmuşduq. Ancaq bu rəqib matçdan imtina etdi. Belə olan halda, özümüzə başqa komanda axtarmalı olduq və Almaniyanın digər II Bundesliqa təmsilçisi “Offenbaxt”la oynayacağıq. Həmin matç yanvarın 31-də Bakı vaxtı ilə ya 17:00, ya da 18:00-da başlayacaq. Oyun bitəndən sonra gecə saatlarında vətənə qayıdacağıq”.

Qeyd edək ki, “Simurq” ilk sınaq matçında Qazaxıstanın “Kaysar” klubu ilə 1:1 hesablı bərabərliyə qalıb.

Mehman SÜLEYMANOV