“Turan” klubu yeni əllərdə
25.01.2012 - 19:43
“Turan” klubu yeni əllərdə
Tovuzun “Turan” futbol klubunun yeni rəhbəri məlum olub. Lent.az-ın məlumatına görə, bundan sonra komandaya Tovuz rayon İcra Hakimiyyəti sponsorluq edəcək.

Artıq rayonun icra başçısı Tofiq Zeynalov komandanı qəbul edib.

Qeyd edək ki, “Turan”ın sabiq prezidenti Musa Süleymanov bir neçə gün öncə klubdan imtina etdiyini açıqlayıb.