“Barsa” qələbəni əldən verdi, “Real”dan üstün oldu
26.01.2012 - 10:26
Dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olan növbəti “El Klassiko” keçirilib. Apasport.az saytının məlumatına görə, “Barselona” yenə “Real”dan üstün olduğunu nümayiş etdirib. Bu, İspaniya kubokunun ¼ final mərhələsinin cavab oyununda müəyyənləşib. “Nou Kamp”dakı oyun 2:2 hesablı heç-heçə nəticələnsə də, “Barsa”nın Madriddə qazandığı qələbə (2:1) onu yarımfinala yüksəldib. Bununla da “Real” 2-ci mövsümdür onun baş məşqçisi olan portuqaliyalı Joze Mourinyonun rəhbərliyi altında qazandığı yeganə titulu qoruya, qalibi olduğu ölkə kubokunda mübarizəni davam etdirə bilməyib.
Oyuna daha yaxşı başlayan “Real” bir neçə qol imkanını qaçırmağının cəzasını ilk hissənin sonunda çəkib. Belə ki, Pedro Rodriges 42-ci dəqiqədə Lionel Messinin gözəl reydindən sonra aldığı ötürməni tora qovuşdurub. İlk hissənin 2-ci uzatma dəqiqəsində isə Dani Alveş möhtəşəm qola imza ataraq, topu “doqquzluğ”a göndərib.
Demək olar hamı cütün taleyinin həll olunduğunu düşündüyü halda, fasilədən sonra azarkeşlər gərgin mübarizənin şahidi olub. “Real”ın müdafiəçisi Serxio Ramos 55-ci dəqiqədə qol vursa da, baş hakim qayda pozuntusuna görə onu hesaba almadı. Ancaq bundan ruhdan düşməyən madridlilər 4 dəqiqəyə hesabı bərabərləşdirə bildilər. 68-ci dəqiqədə Kriştianu Ronaldo, 72-ci dəqiqədə sonradan meydana çıxan fransalı hücumçu Kərim Benzema fəqlənib. Ancaq “Real” qələbə topunu vura bilməyib və üstəlik, kobud keçən, çoxsaylı sarı vərəqələrin olduğu matçı azlıqda bitirib. Belə ki, Ramos 89-cu dəqiqədə 2-ci sarı vərəqə alaraq, meydandan qovulub.
Qeyd edək ki, Mourinyonun vaxtında “Real”a yalnız ötən mövsüm ölkə kubokunun finalında uduzan “Barsa”nı yarımfinalda rəqibi bu gün müəyyənləşəcək. Bu, böyük ehtimalla ilk oyunda evdə “Levante”yə 4:1 hesabı ilə qalib gələn “Valensiya” olacaq. Digər yarımfinal cütünü “Mirandes” – “Atletik” təşkil edib.

0
0