Könüllülük Proqramı çərçivəsində növbəti təqdimat
26.01.2012 - 11:40
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Könüllülük Proqramı çərçivəsində təqdimat keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir Könüllülük Departamenti tərəfindən təşkil olunub. Təqdimat AAA - ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin ofisində baş tutub. Tədbir iştirakçıları 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına hazırlıq, könüllülük proqramı və iş imkanları haqda geniş məlumat əldə ediblər.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0