Məhəmmədovla Bartezə eyni aqibəti yaşadan futbolçu
26.01.2012 - 13:10
Moskva MOİK-nin tarixində ən yaxşı legioner olan braziliyalı hücumçu Vaqner Lavın gedişi “Neftçi”ni yada salıb. Apasport.az saytının məlumatına görə, vaxtilə icarədə oynadığı Braziliyanın “Flamenqo” klubu ilə 2 illik müqavilə bağlayan 28 yaşlı futbolçunun “hərbçilər”in heyətində vurduğu qollar açıqlanıb. Lav həmin 117 qoldan birincini Bakı klubuna vurub. Bu, 2004-cü ilin avqustun 4-də Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin Moskvada “Dinamo” stadionunda cavab oyununda olub. Maraqlıdır ki, Vaqner həmin vaxt “MOİK-in heyətində debüt edirdi və 72-ci dəqiqədə Hüseyn Məhəmmədovun qoruduğu qapıya yol taparaq, oyunda son nöqtəni qoyub – 2:0.
Bununla ordu klubunda qol seriyasına başlayan braziliyalı növbəti oyunda da fərqlənməyi bacardı. Belə ki, Lav yenə Rusiya paytaxtında qol vurdu və bu dəfə ÇL-nin III təsnifat mərhələsində Şotlandiyanın “Reyncers” klubuna 2:1 hesabı ilə qalib gəldikləri hesabı açdı. O, 4-cü dəqiqədə tanınmış alman qapıçı Ştefan Klosu məyus etdi.
Təbii ki, Vaqner qollarının çoxunu Rusiya Premyer Liqasında vurub – 79. O, “Neftçi” ilə başladığı ÇL-də 10 qolun müəllifi olub. Lav Avropanın ən nüfuzlu turnirində Məhəmmədovla yanaşı, fransalı Fabyen Bartez, braziliyalı Julio Sezar, türkiyəli Volkan Dəmirəl kimi tanınmış qapıçıları topu tordan çıxartmağa məcbur edib.
Qeyd edək ki, Lavın komandası “Neftçi”ni keçəndən sonra ÇL-də “Reyncers”ə 2 oyunun nəticəsinə görə yenilərək, mübarizəni dayandırdı və mübarizəni davam etdirdiyi UEFA kubokunun həmin 2004/05 mövsümündə qalibi oldu.

0
0