“Qarabağ”ın rəqibləri məlum oldu
26.01.2012 - 13:27
“Qarabağ”ın Antalyada 5 yoxlama oyunu keçirəcəyi məlum olsa da rəqiblərdən yalnız 2-nin adına əvvəldən aydınlıq gəlmişdi. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın “Taraz” və Avstriya “Rid”inə uduzan ağdamlılar digər 3 rəqiblə bağlı qeyri-müəyyənliyə də son qoyub.
Komanda sabah Rumıniyanın məşhur “Vaslui” klubu ilə qarşılaşacaq. Son 2 mövsüm ölkə çempionatın bürünc mükafatçısı, cari mövsüm Avropa Liqasının qrup mərhələsində oynamış rumınlarla oyun Bakı vaxtıyla saat 18:30-da start götürəcək. Yanvarın 31-də daha bir rumın klubu ilə qarşılaşacaq “Qarabağ” “Petrolul Ploeşti”ylə üz-üzə gələcək. Sonuncu görüş fevralın 3-də 2 qat Gürcüstan çempionu “VİT Corciya” ilə olacaq.

0
0