“Bakı”nın yeni transferləri hazırlığa qatıldı
26.01.2012 - 14:31
“Bakı” klubu qış transfer dövründə 3 futbolçunun transferini həyata keçirib. Komandanın baş məşqçisi Aleksandr Starkovun Lent.az-a verdiyi məlumata görə, bunlar Sloveniyanın “Domjale” klubunun mərkəz yarımmüdafiəçisi Lukaş Xorvat, Xorvatiyanın “Rieka” klubunun mərkəz müdafiəçisi Duje Bakoviç, Serbiya yığmasının və “Srvena Zvezda” klubunun sabiq dayaq müdafiəçisi Nenad Kovaçeviçdir.
Xorvat və Bakoviç artıq məşqlərə də qatılıblar. Kovaçeviç isə hələlik komandanın düşərgəsində deyil.
Xorvat və Bakoviç artıq məşqlərə də qatılıblar. Kovaçeviç isə hələlik komandanın düşərgəsində deyil.
0
0