“Qarabağ”dan gedənlərin sayı artır - FOTO
14.05.2012 - 14:08
“Qarabağ” daha bir futbolçu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu dəfə makedoniyalı yarımmüdafiəçi Nderim Nedzipi ilə də yollarını ayırıb.
Onun “Qarabağ”dan getməsinə isə müqaviləsi müddətinin başa çatması səbəb olub.
Qeyd edək ki, ağdamlılar az öncə gürcüstanlı hücumçu Georgi Adamiya ilə də məhz eyni səbəbdən vidalaşmışdılar. Bu futbolçulardan əvvəl isə komandanın kapitanı Rəşad Sadiqov hələ mövsüm yekunlaşmamış “Neftçi” ilə anlaşmışdı.

0
0