“Xəzər Lənkəran” 2 mərhələ adlasa...
12.07.2012 - 17:17
İyulun 20-də Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, həmin mərasim II təsnifat mərhələsinin ilk oyunlarından 1 gün sonra gerçəkləşəcək.
Bu isə deməkdir ki, II təsnifat mərhələsində oynayanların hamısının gözü Nyonda olacaq. İsveçrədəki püşkatmaya Azərbaycan təmsilçiləri “Xəzər Lənkəran” və “İnter” də diqqət ayıracaq. Çünki püşkdə “İnter” – “Asteras” (Yunanıstan) və “Xəzər Lənkəran” – “Lex” (Polşa) cütləri elə cüt şəklində çıxacaq. Bu gün Sloveniya “Mura”sını keçəcəyi halda, “Bakı” da Bolqarıstan MOİK-i ilə səbətin içində cütlük təşkil edəcək.
Lakin püşk zamanı təmsilçilərimiz fərqli səbətlərdə yer alacaqlar. Reytinqi çox yüksək olan “Lex”, həmçinin MOİK-in oynadığı cüt səpələnmişlər sırasında olacaq. “İnter” “Asteras” cütü isə əks tərəfdə olub, güclü komanda ilə qarşılaşacaq.
Bir sözlə, “Xəzər Lənkəran” növbəti, “Bakı” isə 2 mərhələ keçəcəyi halda, güclü rəqiblə oynamayacaq. “İnter” isə yunanları keçəcəyi halda, adaşı kimi kabus kimi gözləyir. Bu, İtaliya “İnter”idir.
Ümumiyyətlə, indidən səbətlərin tərkibi haqda mülahizə yürütmək çətindir. Çünki Hollandiya “Tvente”si kimi yüksək reytinqli komandalar var ki, I təsnifat mərhələsindən mübarizəyə başlayıb. Lakin belələri mübarizəni dayandıra da bilərlər. Lakin mübarizəyə birbaşa III mərhələdən başlayacaq komandaların hansının səpələnmiş, hansının səpələnməmiş olduğu bilinir.
Səpələnmişlər
Gözləyənlər: “İnter” (İtaliya), “Liverpul” (İngiltərə), “Marsel” (Fransa), “Atletik” (Bilbao, İspaniya), “Hannover” (Almaniya), PAOK (Yunanıstan), “Sparta” (Çexiya), “Styaua” (Rumıniya), “Herenven” (Hollandiya), “Genk” (Belçika), “Bursaspor” (Türkiyə), “Maritimo” (Portuqaliya), “Dinamo” (Moskva, Rusiya), “Rapid” (Avstriya)
İrəliləyənlər: “Tvente” (Hollandiya), APOEL (Kipr), “Lex” (Polşa), “Rusenborq” (Norveç), “Anartosis” (Kipr), “Yanq Boyz” (İsveçrə), “Viktoriya” (Çexiya), “Gent” (Belçika), “Legiya” (Polşa), “Levski” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Metallurq” (Donetsk, Ukrayna), MOİK (Bolqarıstan), “Elfsborq” (İsveç), “Anji” (Rusiya) klublarının yer aldığı cütlər də səpələnmişlər sırasında olacaq.
Lakin onlardan I təsnifatda mübarizəni dayandıran olarsa, onu səpələnməmişlərin ən reytinqliləri əvəzləyəcək. Bu, yalnız “Tvente”, “Lex”, “Rusenborq” və “Elfsborq”a aiddir ki, onlar hazırda I təsnifat mərhələsində mübarizə aparırlar.
Səpələnməmişlər sırasında isə yerdə qalan cütlər, həmçinin Kipr “Omoniya”sı, Ukrayna “Arsenal”ı, Şotlandiya “Dandi Yunayted”i və Danimarka “Orsens”idir. İlk 2 mərhələdə mübarizəyə başlayanlardan rəqiblərindən daha reytinqli olan “Vitess” (Hollandiya), “Mlada Boleslav” (Çexiya), “Slovan” (Slovakiya), “Rapid” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Asteras” (Yunanıstan), “Bney Yehuda” (İsrail), “Kalmar” (İsveç), “Əskişəhərspor” (Türkiyə), “Rid” (Avstriya), AİK (İsveç), “Orxus” (Danimarka), “Olesund” (Norveç), “Makkabi” (Netanya, İsrail), “Servett” (İsveçrə), “Admira Vakker” (Avstriya), “Aktobe” (Qazaxıstan), “Rux” (Polşa), “Sent Patriks” (İrlandiya), “Spartak” (Slovakiya), “Tromse” (Norveç), “Stabek” (Norveç), “Slaven” (Xorvatiya), “Voyvodina” (Serbiya), “Qomel” (Belarus) klublarının yer aldığı cütlük səpələnməmiş olacaq.
Lakin bu gün keçiriləcək I təsnifat mərhələsinin cavab oyunları bu siyahılarda müəyyən dəyişikliklərə səbəb ola bilər.
Qeyd edək ki, III təsnifat mərhələsinin ən yüksək reytinqli komandası İtaliya “İnter”inin hesabında 104,996, Avropa Liqasındakı 3 təmsilçimiz arasında rekordçunun isə cəmi 3,241 xalı var. Bu isə təxminən 34 qat fərq deməkdir.

0
0