Xavyer Zanetti: “Neftçi” ilə oyunda qələbə vacibdir
03.12.2012 - 13:38
“Palermo” ilə oyundakı qol çox vacib idi. Bu top bizə 3 xal qazandırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun futbolçusu Xavyer Zanetti deyib.
Milan təmsilçisinin əfsanəsi A seriyasının “Palermo” ilə oyunundan (1:0) sonra qarşıdakı matçlar haqda da iddialı danışıb.
Müdafiəçi Avropa Liqasının qrup mərhələsinin son turunun “Neftçi” ilə görüşünə qələbə əzmi ilə çıxacaqlarını bildirib: “Bu, çətin və uzun çempionluq yürüşündə çox vacib idi. İndi bizi qarşıda “Neftçi” və “Napoli” ilə qarşılaşmalar gözləyir. Bu görüşlərdə də qələbə qazanmaq vacibdir. Çünki hər qələbədən sonra komanda daha da yaxşı oynayır, işimiz daha da asan olur”.
Qeyd edək ki, Milanda baş tutacaq “İnter” – “Neftçi” oyunu dekabrın 6-da keçiriləcək.

0
0