Əfqan Talıbov həm sevinir, həm də üzülür
09.02.2013 - 20:42
Əfqan Talıbov həm sevinir, həm də üzülür
“Bir tərəfdən Premyer Liqanın başlanmasına sevinirik, digər tərəfdən isə problemlərimiz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib. Tovuz klubunun çalışdırıcısı Topaz Premyer Liqasının 19-cu turunda “Rəvan”la (0:2) qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

O, sadə epizodlardakı səhvlərinin məğlubiyyətə gətirib çıxardığını vurğulayıb: “Məğlubiyyətdə səbəbi araşdırmağa vaxt yoxdur. Meydan amili bu gün böyük rol oynadı. Hazırlıq vaxtı süni meydançada oyun keçirmədik. Qış fasiləsində heyətdən 8 nəfər getdi, gecə-gündüz çalışmalıyıq ki, onların yerini dolduraq. Stukalovun oyununu fərqləndirmək istərdim. Sadə epizodlardakı səhvlər məğlubiyyətə gətirib çıxardı”.