Ramil Əliyev: Nəticəyə oynadıq
09.02.2013 - 20:55
“Turnir cədvəlindəki vəziyyətimiz qələbəyə oynamağa məcbur edir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Rəvan”ın baş məşqçisi Ramil Əliyev səsləndirib. Gənc çalışdırıcı Topaz Premyer Liqasının 19-cu turunda “Turan”la qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
O, Tovuz klubu üzərində qazanılan qələbəni azarkeşlərinə həsr etdiklərini bildirib: “Bugünkü oyunda nəticə üçün oynayırdıq. Qələbə qazandığımız üçün şadam. Bəzi səhvlər var ki, bunları aradan qaldırmağa çalışacağıq. Çempionatda zəif rəqib yoxdur, “Turan” yaxşı oyun göstərdi. Qələbəni azarkeşlərimizə həsr edirik”.

0
0