Mübariz Mənsimov: 10-11 avtomobilim və 5 gəmim var
18.02.2013 - 14:19
Mübariz Mənsimov: 10-11 avtomobilim və 5 gəmim var
“Mənim avtomobil xəstəliyim yoxdur. 5 ildə bir dəfə maşın dəyişdirirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun fəxri-prezidenti Mübariz Mənsimov deyib.

“Palmali” Şirkətlər Qrupunun sahibi olan Mənsimov Türkiyənin “Hürriyet” qəzetinə geniş müsahibəsində avtomobil kolleksiyasından danışıb: “Hazırda “Range Rover” sürürəm. Amma sürücüm yoxdur. Bəli, böyük qarajım var, ancaq böyük maşın kolleksiyam yoxdur. Antik maşınları sevirəm, imkanım varsa, sevdiyim hər şeyi ala bilərəm. Saymamışam. Amma harda evim varsa, orda bir avtomobilim var. Özümə aid 10-11 avtomobil və 5 gəmim var”.

Mənsimov Türkiyədə yeganə “Buqqatti”nin ona aid olmadığını vurğulayıb: “O mənim deyil, qardaşımındır. Mənə oxşayır deyə, onun avtomobilini də mənim adıma yazırlar. Qardaşımın maşın sevdası var. Maarif Mənsimov cavan uşaqdır, belə şeylərə həvəslidir”.

Sonda Mübariz Mənsimov Bodrumda bir otellərinin olduğunu, daha birinin isə İstanbulda tikilməyə başlandığını bildirib.