“Beşiktaş” matçı ən çətin oyunlarımızdan biridir”
22.02.2013 - 20:50
“Beşiktaş” matçı ən çətin oyunlarımızdan biridir”
Sabah Türkiyə Superliqasının 23-cü turunda evində “Beşiktaş”la qarşılaşacaq Azərbaycan millisinin futbolçusu Cihan Özkaranın komandası “Sivasspor” hazırlıqlarına yekun vurub. Apasport.az saytının məlumatına görə, Sivas təmsilçisinin baş məşqçisi Rza Çalımbay qarşıdakı oyun haqda mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Təcrübəli çalışdırıcı çempionatda bütün matçların çətin olduğunu və İstanbul klubu ilə də oyunlarının çətin keçəcəyini bildirib: “Həm Türkiyə kubokunda, həm də Superliqada yolumuza davam etmək istəyirik. Onun üçün də, liqada yaxşı bir mövqeyə gəlməyimiz lazımdır. “Beşiktaş” matçı ən çətin oyunlarımızdan biridir. Onların gücünü bilirik. “Beşiktaş” yaxşı bir komanda və yaxşı bir heyətə malikdir. Onların da, bizim də itkilərimiz var. Hazırkı mövqe etibarilə xala ehtiyacımız var. Bu qarşılaşmada qazanmaq istəyirik”.

Qeyd edək ki, “Sivasspor” – “Beşiktaş” matçı fevralın 23-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.