Kubokda ilk sınaq
26.02.2013 - 16:13
Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 oyundan ibarət olacaq bu mərhələdə “Xəzər Lənkəran” “Rəvan”la qarşılaşacaq. Yarandığı gündən 1/4 finalın daimi iştirakçısı olan lənkəranlılar 9-cu dəfə bu mərhələni adlamağa çalışacaq. Tarixi ərzində yalnız 2 dəfə burada büdrəyən “ağ-yaşıllar” 7-ci dəfə yarımfinala yüksəlmək üçün “Rəvan”ı keçməlidir.
İlk dəfə 1/4 finaladək irəliləyən paytaxt təmsilçisi kifayət qədər gənc olduğundan ölkə kubokunda indiyədək heç vaxt “Xəzər Lənkəran”la qarşılaşmayıb. Bu rəqiblə yalnız Premyer Liqada görüşən “ağ-yaşıllar” bakılılara məğlub olmayıb. 5-ci matç ərəfəsində 1 qələbəsi olan “Xəzər Lənkəran” 3 dəfə heç-heçə edib və top fərqində üstünlüyə malikdir – 7:3.
Bu duellərdən 2-si ötən, digər ikisi isə cari mövsümə təsadüf edib. Bu qarşılaşmalarda ilk üçündə eyni hesablı heç-heçə qeydə alınıb – 1:1. Lakin son qarşılaşmada “Xəzər Lənkəran” bu seriyanı qırmağa nail olub. İlk 3 oyunda rəqib qapısından 3 top keçirən komanda son qarşılaşmada 4 cavabsız qolla 3 xal qazanıb.
Mənbə: lankaranfc.com

2011/12 | 27.08.2011 | çempionat | s | 1:1 |
2011/12 | 19.11.2011 | çempionat | e | 1:1 |
2012/13 | 05.08.2012 | çempionat | s | 1:1 |
2012/13 | 04.11.2012 | çempionat | e | 4:0 |
Mənbə: lankaranfc.com
0
0