Ufuk Budak ehtiyatda qaldı
11.03.2013 - 10:17
Ufuk Budak ehtiyatda qaldı
Milli komandamızın müdafiəçisi Ufuk Budak tədricən özünə gəlməyə başlayır. Apasport.az saytının məlumatına görə, uzun müddətdir zədədən əziyyət çəkən futbolçumuz son turun oyunu üçün Karabükə də aparılıb.

Baş məşqçi Ərsun Yanal Ufukun adını “Əskişəhərspor”un “Kardəmir Karabükspor”la səfərdə qolsuz bərabərliyə qaldığı görüşdə sifariş ərizəsinə salıb. Ancaq matçda Budaka ehtiyac olmayıb.

Qeyd edək ki, Budak “Əskişəhərspor”da çıxış etdiyi vaxt 2-ci dəfə ehtiyat oyunçular skamyasında əyləşir. Birinci belə hal ötən il noyabrın 9-da “Sivasspor”la görüşdə baş tutmuşdu.