“Altılıq” pokerlə başladı - YENİLƏNİB
11.03.2013 - 17:54
“Altılıq” pokerlə başladı - YENİLƏNİB
Bu gün Topaz Premyer Liqasında final mərhələsinin start verilib. Apasport.az saytının məlumatına görə, keçirilən yeganə oyun darmadağınla nəticələnib.

İkinci “altılıq”da iştirak edən “Sumqayıt”la “Turan”ın öz aralarındakı oyunu Pərdis Fərzad-Azadın benefisi ilə yadda qalıb. Belə ki, yığmamızın qarşıdakı rəsmi oyunlarına çağırılmağından ruhlanan milliləşdirilən hücumçu hələ ilk hissədə etdiyi pokerlə matçın qəhrəmanı olub. Nəticədə Pərdis “Sumqayıt”a turnir cədvəlində “Turan”ı arxada qoyaraq, 9-cu pilləyə yüksəlməyə imkan verib.

Qeyd edək ki, XXIII turun qalan oyunları çərçivəsində sabah “Bakı” – “Neftçi”, “Rəvan” – “Xəzər Lənkəran”, “Simurq” – “Qarabağ”, növbəti gün “Qəbələ” – “İnter”, “Kəpəz” – AZAL matçı keçiriləcək.


11 mart
“Sumqayıt” – “Turan” - 4:0
QOLLAR: Pərdis Fərcad Azad, 6; 8; 19; 23
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Coşqun Həsənov, Anar Salmanov
Bakı. “Bayıl Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 0:1

“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Can Akgün, 77. Mirzəağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 11. Sabir Allahquliyev, 13. Murad Ağayev, 17. Emin Cəfərquliyev, 22. Xəyal Mustafayev, 25. Eldar Cankişiyev

Baş məşqçi: Bernhard Raab

“Turan”: 28. Andrey Popoviç, 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev, 10. Ender Günlü (k), 11. Salif Ballo, 19. Asəf Qədiri, 20. David Janelidze, 23. İrakli Beraya, 25. Antonio Rukavina
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 4. Vüqar Bəybalayev, 5. Vasif Rzayev, 7. Azər Məmmədov, 17. Fərmayıl Əliyev, 22. Rəşad Hacızadə, 21. Elşad Manafov

Baş məşqçi: Əfqan Talıbov


komandaoqhmtx
1
Neftçi
22
14
2
6
47-24
44
2
İnter
22
11
8
3
24-12
41
3
Qarabağ
22
10
9
3
30-19
39
4
Simurq
22
9
9
4
25-15
36
5
Qəbələ
22
9
5
8
26-27
32
6
Bakı
22
6
12
4
24-15
30
7
AZAL22
7
8
7
32-25
29
8
Xəzər L
22
7
7
8
32-27
28
9
Sumqayıt
23
6
7
10
24-39
25
10
Turan
23
6
5
12
24-39
23
11
Rəvan
22
6
4
12
23-36
22
12
Kəpəz
22
2
4
16
12-45
10

Bombardir: Nikolas Kanales (Neftçi) – 20