Cihan Özkara yenə zədəyə görə oynamadı
11.03.2013 - 10:51
Cihan Özkara yenə zədəyə görə oynamadı
Milli komandamızın hücumçusu Cihan Özkaranın adı bu tur da “18-liy”ə salınmayıb. Apasport.az saytının məlumatına görə, futbolçumuz “Sivasspor”un “Antalyaspor”la ev qarşılaşmasını tribunadan izləyib.

Onun oynamamasının səbəbi zədəli olması və kollektiv məşqlərdə iştirak etməməsidir. Bununla belə, Cihanın komandası rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Özkara millimizin Lüksemburq və Portuqaliya ilə oyunlarına dəvət olunub. Ancaq onun martın 13-dən başlayacaq hazırlıqlara hansı tarixdən etibarən qoşulacağı hələ dəqiqləşməyib.