Berti Foqts Berlində sərgidə - FOTOSESSİYA
11.03.2013 - 12:39
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts martın 6-dan 10-dək Almaniyanın paytaxtı Berlində keçirilən "İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgidə iştirak edib. Apasport.az saytının məlumatına görə, sərgiyə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti geniş tərkibdə qatılıb.
Orada respublikamızın turizm imkanlarını əks etdirən 104 kv.m sahədə lövhə quraşdırılıb. Bundan əlavə, 30 kv.m-lik sahədə "Ekologiya" stendi və 21 kv.m-lik sahədə "Mədəniyyət" stendi təşkil olunub. Sərgiyə gələn ziyarətçi və iştirakçılara nümayiş etdirmək və paylamaq üçün əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, eləcə də ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb.
Sərginin ikinci günündə Azərbaycanla bağlı forum keçirilib. Qarayev Foqts Azərbaycan barədə danışıb, forum iştirakçılarının suallarını cavablandırıblar. Forumda Azərbaycanda çalışan Almaniya vətəndaşları ölkəmiz haqda məlumat veriblər.
Tədbirdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və Berlində yaşayan azərbaycanlılardan ibarət "Azəri" U-13 komandasının üzvləri də iştirak edib.
Mənbə: affa.az

0
0