“Altılıq” mənzərəsi
11.03.2013 - 14:03
Topaz Premyer Liqasının final mərhələsinin həyəcanı başlayır. Apasport.az saytının məlumatına görə, “altılıq” artıq bu gün start götürsə də, əsas diqqət sabaha yönəlir. Belə ki, əsas maraq olan ilk “altılığ”a martın 12-dən start veriləcək.
Çempionatda həlledici oyunların başlanmağı ərəfəsində ölkə kubokunun 1/4 final mərhələsinin cavab yarımfinal matçlarının keçirilməyi müəyyən mətləblərə aydınlıq gətirdi. Məlum oldu ki, ilk “altılıq” iştirakçılarından 3-ü kubokdan kənarda qaldı. Bunlar “İnter”, “Simurq” və “Qəbələ” oldu. Deməli, bu üçlüyün Avropaya yolu yalnız çempionatdan keçir. Düzdür, “İnter” bu cəhətdən özünü bir qədər rahat hiss edə bilər. Çünki 2-ci yerdə gedərək çempionluğa iddialı olan bank təmsilçisinin mövsümü mükafatçılar sırasında bitirməyi şübhə doğurmur. Medalçılar isə avtomatik avrokuboklara çıxırlar.
Ancaq əyalət təmsilçilərində vəziyyət fərqlidir. Belə ki, “Simurq”la “Qəbələ”nin 4-cü yer uğrunda mübarizə aparmağı daha real görünür. Bu pillənin sahibi olmaq isə qitə miqyaslı turnirə vəsiqə qazanmağa yüz faiz zəmanət vermir. 4-cü yeri tutan o zaman Avropaya gedə bilər ki, ilk üçlükdən biri ölkə kubokunu qazansın.
İlk “altılığ”ın digər 3 komandası isə kubokda qaldığından, özlərini daha rahat hiss edirlər. Bunlardan çempionluğa iddialı “Neftçi” ilə “Qarabağ” yarımfinalda rəqib olduğundan, finala biri çıxacaq. 6-cı yerdə gedən “Bakı”nın Avropaya vəsiqə verə bilən 4-cü pillə uğrunda mübarizə aparmağı mümkündür. Hər halda, orada gedən “Simurq”la 6 xallıq fərqi 10 oyuna aradan qaldırmaq realdır.
“Bakı”nın kuboku qazanmaqla Avropaya çıxmaq iddiası böyükdür ki, bunun üçün ilk olaraq yarımfinalda “Xəzər Lənkəran”ı kənarlaşdırmaq lazımdır. Lənkəranlılar isə ilk dəfə “altılıq”dan kənarda qaldığından, 7-12-ci yerlər uğrunda mübarizə aparacaq. Bu isə qitə miqyasına çıxmağa imkan vermədiyindən, yeganə yol yalnız ölkə kubokudur. Ona görə də cənubluların bütün gücünü kuboka qoyacağı heç kimə sirr deyil.
Final mərhələsi öncəsi “Xəzər Lənkəran”da yeni baş məşqçi təyinatının reallaşmağı diqqət çəkdi. Belə ki, “altılığ”ın iştirakçıları arasında məşhur uelsli mütəxəssis Con Toşak da olacaq. Düzdür, ilk turda “Rəvan”la oyuna komandanı yenə məşqçi Emin Quliyev çıxarsa da, martın 30-da AZAL-la ev oyununda Toşakın debütü baş tutacaq.
Lənkəranlıların “altılıq”dan kənarda qalmağı ilə ilk dəfə “Neftçi” ilə “Böyük oyun”ların şahidi olmayacağıq. Əvəzində “Neftçi” son 2 ildə qazandığı çempionluq titulunu qorumaq üçün digər rəqiblərlə sınağa çıxacaq. Təsnifat mərhələsinin qalibi olan bakılılar ən yaxın izləyicisi olan həmşəhərliləri “İnter”i 3 xal qabaqlayır. Bu, böyük üstünlük olmasa da, hər halda, “Neftçi” qızıl medallar uğrunda mübarizədə əsas favoritlərdəndir.

0
0